Layihə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə hazırlanıb.
Əməkdar artist Tünzalə Ağayeva media nümayəndələri ilə görüşüb.
Axsam.az xəbər verir ki, müğənni “Mən Azərbaycanlıyam” adlı mahnısına çəkdirdiyi klipi təqdim edib.
Sözləri Toni ləqəbli reper Cavid Şahbazlıya, musiqisi ifaçının özünə aid olan bəstənin ekran həlli rejissor Ülviyyə Könülə həvalə edilib.
Yeni işindən danışan T.Ağayeva bunları deyib:
“Sözlə deyə bilmədiyimi mahnılarımla çatdırıram. Bu layihə əslində 5 il bundan əvvəl ərsəyə gəlmişdi. Layihə Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə hazırlanıb. Klipdəki geyimlərim Gülnarə Xəlilovaya məxsusdur. Ekran işində əqli qüsuru olan uşaqlar, müxtəlif peşədən insanlar çəkilib. Dünya Azərbaycanlılarının Həmrəyliyi gününə həsr edilən klipdə ölkəmizin müasir dövrü əks olunub. Mahnıda mənimlə birlikdə əməkdar artist Babək Niftəliyevin də səsini eşidə bilərsiniz”.