Ermənistan parlamentinin “İrs” partiyasının olan deputatı Zauri Postancyan ermənilərin qeyri-maddi mədəni irsi kimi Ağrı (Ararat) dağının UNESCO-nun siyahıya salınması təklifi ilə çıxış edib.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən məlumat verib.
Bununla bağlı olaraq Postancyan Ermənistan baş naziri Ovik Abramyana da müraciət edib. Deputat baş nazirə müraciətində Ağrı dağının UNESCO-nun siyahısına ermənilərin qeyri-maddi mədəni irsi kimi salınması üçün rəsmi müraciətin hazırlanmasına istəyib.
Qeyd edək ki, ermənilər son olaraq lavaş təxribatına əl atıblar. UNESCO tərəfindən Ermənistanın qeyri-maddi irsi siyahısına daxil edilən lavaş Azərbaycanın etirazından sonra Qafqaz xalqlarının ortaq məhsulu kimi qeydə alınıb.