Pakistanda hərbi məktəbin yaraqlılar tərəfindən ələ keçirilməsi nəticəsində ümumilikdə 104 şagird və müəllim ölüb. Trend xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Ən azı 80 nəfərin yaralandığı bildirilir.
Frans Press agentliyi “Taliban” hərəkatının nümayəndəsinə istinadən xəbər verir: “Onların arasında muzdlu qatillər və intiharçılar var. Onlara uşaqlara yox, yuxarı yaşdan olan şagirdlərə atəş açmaq əmri verilib”.
Polis nümayəndəsi Cavid Xan bildirib ki, hərbçilər artıq yaraqlılarla atışmağa başlayıblar.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.