Qərbi Afrikada yayılan Ebola virusuna yoluxaraq ölənlərin sayı 6841 nəfəri keçib.
AzVision.az- xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Qeyd edilib ki, ümumilikdə bu xəstəliyə 18 464 nəfər yoluxub.
Virusun əsas yayılma ocağı yenə də Liberiyadır. Bu ölkədə 7797 nəfər virusa yoluxub, 3290 nəfər isə həlak olub. Virus həmçinin Sierra-Leon və Qvineyada da geniş yayılıb. Bu ölkələrdə müvafiq olaraq 2033 və 1518 nəfər bu təhlükəli virusdan həlak olub.