Oktybarın 10-da bir qrup şəxs Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər. Cəhdin qarşısı alınarkən Gəncə Şəhər Baş Polis İdarəsinin 5 əməkdaşı və orada olan Gəncənin Nizami rayon İcra Hakimiyyətinin başçısı Nizami Hacıyev və müavini xəsarət alıb, habelə Şəhər Baş Polis İdarəsinə məxsus 2 ədəd xidməti avtomobilin şüşələri sındırılıb.
YAP Gəncə Şəhər Təşkilatının sədri Naqif Həmzəyev AzVision.az-a açıqlamasında bildirib ki, xəsarət alan icra başçısı N.Hacıyev artıq evə buraxılıb:
“Artıq evə buraxılıb, ambulayot müalicə keçir. Səhhəti də yaxşıdır”,-deyə Naqif Həmzəyev əlavə edib.
Qeyd edək ki, dekabrın 10-da saat 11.30 radələrində Gəncənin Avtozavod qəsəbəsi adlanan ərazisində Nizami rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən qanunsuz tikililərin sökülməsinə etiraz əlaməti olaraq həmin qəsəbədə yaşayan Kəlbəcər rayon sakinlərindən 50-60 nəfəri Gəncə-Göygöl avtomobil yolunu bağlamağa cəhd göstəriblər.
Faktla əlaqədar Gəncə şəhər Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 315-ci maddəsi (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) ilə cinayət işi başlanılıb.