“Ermənistan ordusunda baş verən son hadisələr Dağlıq Qarabağda müharibənin hələ tam başa çatmadığının sübutudur”.
Bunu Hafta.az-a açıqlamasında politoloq Vəfa Quluzadə Ermənistan ordusunda baş verən hadisələrə ictimai narazılığın artmasına münasibət bildirərkən deyib.
Politoloq xidmət müddəti başa çatmasına baxmayaraq, əsgərlərin ehtiyata buraxılmamasının pərdə arxasından danışıb:
“Məsələ ondan ibarətdir ki, biz Ermənistanla müharibə vəziyyətindəyik. Münaqişə hələ bitməyib. Azərbaycan ermənilərlə hər an müharibəyə hazır olmalıdır. Hər an müharibə ola bilər. Hazırkı status-kvo ilə barışa bilmərik”.
Xatırladaq ki, Ermənistan ordusunda hərbi qulluqçuların əsgərlik müddəti başa çatsa da, onlar evə buraxılmırlar. Erməni ekspertlər isə bunu ordudakı əsgər çatışmazlığı ilə əlaqələndirirlər.