Zambiyadakı “South Luangwa National Park”da ac şirlər bala filə hücum edib.
Bu hadisə ətrafda olan insanlar tərəfindən çəkilib.
Videoda görünür ki, şirlər bala filə hücum etsələr də, onu parçalaya bilməyiblər. Fil əvvəlcə ona hücum edən 15 şirdən qaçmağa başlayıb. Lakin şirlərdən biri onun belinə minib.
Şir nə qədər etsə də, dişləri filə bata bilməyib. Fil isə öz növbəsində şirləri dənizə doğru aparıb. Daha sonra özü onlara qəfil hücum edib. Bu dəfə az qalıb ki, şirlər filin qurbanı olsunlar.
YouTube sosial video paylaşım portalında yayılan görüntüləri təqdim edirik: