İstanbulun “Qalatasaray” futbol klubunda kütləvi ixtisarlar aparılıb.
ANS PRESS-in məlumatına görə, yeni klub rəhbərliyi ixtisarlarla xərcləri azaltmaq fikrindədir. Bu məqsədlə klub artıq 75 nəfərlə yollarını ayırıb.
İşinə son verilənlərin bir çoxları təqaüd yaşına (65) çatanlardı. Onların arasında Futbol Akademiyasının baş direktoru Bülent Ünder də var. O, “Qalatasaray” UEFA Kubokunu qazanan zaman Fatih Terimin köməkçisi olub.
Həmçinin üzgüçülük şöbəsinin kapitanı Yılmaz Özüak və voleybol şöbəsinin kapitanı Ali Himmetoğlu da işdən çıxarılıb.