Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Addım” GİM İctimai Birliyi “Müasir təbliğat” (filmlər) layihəsi çərçivəsində Qarabağ müharibəsi zamanı öz şücaəti və qəhrəmanlığı ilə fərqlənən tanınmış snayper-qadın Növrəstə Yusifova barədə sənədli film hazırlayıb.
Filmin çəkilməsində əsas məqsəd Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətləri beynəlxalq ictimaiyyətin nəzərinə çatdırmaqdır.
Filmin rejisoru Elşən Rüstəmov, prodüseri Kamil Həmidov, titirların tərcüməçisi Sevil Məmmədlidir. N.Yusifovanin nailiyyətləri sirasına içərisində təxminən 20 əsgərin olduğu düşmən yük maşınının, bunkerin məhv edilməsi, tankın sıradan çıxarılması və s. daxildir.
Həmin hadisələrin üzərindən 20 il keçdikdən sonra N.Yusifovaya məlum olur ki, əks düşərgədə də onun mövcudluğu barədə məlumatlı olublar və hətta onu öldürəcək şəxsə mükafat təyin ediblərmiş.
Filmdə A.A.Potapovun “Snayper sənəti” kitabından, müxtəlif telekanalların snayper sənəti barədə youtube portalında yerləşdirilmiş videokadrlarından və müharibə barədə fotoşəkillərdən istifadə edilib.
“Addım” GİM İctimai Birliyi dəstəyə görə Azərbaycan Respublikası Prezidenti yanında Gənclər Fonduna və filmin çəkilişlərində iştirak edənlərə təşəkkür edir.