Bu gün Azərbaycan səmasında erməni işğalçı qüvvələrə məxsus “Mİ-24” hərbi vertolyotun vurulmasının düşmən tərəf təsdiqləyib.
Musavat.com-un erməni informasiya qaynağına istinadən verdiyi xəbərə görə, separatçı rejimin “müdafiə nazirliyi” hadisənin hərbi təlimlər zamanı baş verdiyini bəyan edib. Erməni tərəfi vertolyotun “neytral zonada, təmas xəttinin bilavasitə yaxınlığında” Azərbaycan tərəfindən vurulduğunu bildirir. Hadisə nəticəsində üç hərbçi ölüb.
Azərbaycan tərəfi isə vertolyotun Ağdam rayonunda, Çəmənli yaşayış məntəqəsi yaxınlığında vurulduğunu bildirib.