Bəstəkar Sevinc Tofiqqızı və millət vəkili Qənirə Paşayevanın işbirliyi davam edir.
Bu haqda S.Tofiqqızı Axşam.az-ın əməkdaşıyla söhbətində deyib:
“Gözəl xanımımız, millət vəkili Qənirə Paşayevanın sözlərinə daha bir musiqi bəstələdim. “Deyilsən” adlanan mahnını müğənni İlham Askəroğlu ifa edib. Sevinirəm ki, mahnıya qulaq asanlar onu çox bəyəniblər. Bu, Qənirə xanımın şeirinə yazdığım 8-ci mahnıdır. Hələ bundan sonra da iş birliyimiz davam edəcək”.
Sevinc Tofiqqızı mahnının ərsəyə gəlməsində əməyi keçənlərə minnətdarlığını bildirib:
“Millət vəkilimiz Qənirə xanıma, ifaçı İlham Askəroğluna, mahnının aranjimançısı Osman bəyə təşəkkürümü bildirirəm. Onu deyim ki, bundan sonra mənim yeni sürpriz layihələrim olacaq”.
http://s012.radikal.ru/i319/1411/4b/7c170bf79420.jpg
http://s017.radikal.ru/i402/1411/e8/36aa7939112f.jpg
http://s017.radikal.ru/i406/1411/d6/3a9ab4a65970.jpg