Türkiyənin ATV kanalında ötən həftə Gülən camaatının “7 mərtəbəli sxem”inin açıqlandığı proqramda bu həftə də təşkilatın bölgə-bölgə “imam xəritəsi” açıqlanıb. Əbdürrəhman Şimşək, Fidel Okan və Kezban Hateminin iştirakıyla reallaşan proqramda Camaatın iş prinsipləri detallı şəkildə müzakirə olunub.
TÜRKİYƏ 8 BÖLGƏYƏ AYRILDI
Proqramda göstərildi ki, Fətullah Gülən Türkiyəni 8 bölgəyə ayırıb: İstanbul, İzmir, Ankara, Kayseri, Qaziantəp, Ərzurum, Trabzon və Samsun bölgəsi.
Hər bölgənin bir imamı var və bu imamın yanında da, Bölgə Təhsil Müşaviri yer alır.
Camaatda şagirdlərlə ilk təmas dərsxanalar vasitəsiylə həyata keçirilir. Böyük qardaşlar vasitəsiylə evlərə paylanır. Bu şagirdlər 120 nəfərlik qruplara, imtahana 3 ay qalmış isə 30 nəfərlik qruplara ayrılır.
TƏŞKİLATLARA KOD ADI VERİRLƏR
Proqramda bildirildi ki, Fətullah Gülən dövlət idarələrinin hər birinə kod ad verib. Məsələn Quru Qüvvələri Komandirliyinə “Kürşad bəy”, Hava Qüvvələrinə isə “Hüseyn bəy” deyilirmiş.
Faktxeber.az