ANS Şirkətlər Qrupuna daxil olan “ANS-Kommers” Şirkəti “AzQTel” MMC-ni məhkəməyə verib.
1 saylı Bakı İqtisad Məhkəməsindən AzVision.az-a verilən məlumata görə, ilk məhkəmə iclası hakim İlham Əhmədovun sədrliyi ilə oktyabrın 27-də keçirilib.
ANS-in “AzQTel” MMC-i hansı səbəbdən məhkəməyə verməsi açıqlanmır.
Qeyd edək ki, “AzQTel” 2005-ci ildə yaradılan Azərbaycan telekommunikasiya şirkətidir. Şirkətin rəhbəri millət vəkili Asim Mollazadənin qardaşı, Azərbaycanın ABŞ-dakı keçmiş səfiri Ceyhun Mollazadədir.
Şirkətin məhsullarından biri “Sazz 4G”-dir. “Sazz 4G” Azərbaycanda yüksək sürətli internet provayderidi. Bu xidmətdən Bakı, Sumqayıt, Xırdalan, Mingəçevir və Gəncə şəhərləri, o cümlədən Abşeron yarımadasının bəzi hissələrində istifadə etmək olar. Şirkət Azərbaycanda 4G şəbəkəsində xidmət göstərən ilk provayderdir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.