Sankt-Peterburqda Stiv Cobsun şərəfinə ucaldılan nəhəng iPhone abidəsi sökülüb. Buna səbəb “Apple”-ın keçmiş rəhbəri Tim Kukun cinsi oriyentasiyası barədə açıqlaması olub. Belə ki, Tim Kuk rəsmi şəkildə “mavi” olduğunu elan edib.
AzNews.az xəbər verir ki, abidənin sökülməsində təşəbbüskar kimi “ZEFS”in rəhbəri Maksim Dolqolopov çıxış edib. O bildirib ki, Tim Kukun bu bəyanatı iPhone-nun mövqeyi və şirkətin siyasəti ilə əlaqədardır.
Məlumatda göstərilir ki, abidənin sökülməsi üçün homoseksualizmin yeniyetmələr arasında təbliğinin qadağan edilməsi haqqında qanun əsas götürülüb. Bundan əlavə, ABŞ Milli Təhlükəsizlik Agentliyinin keçmiş əməkdaşı Edvard Snoudenin “Apple” barədə açıqlamaları da abidənin sökülməsində öz rolunu oynayıb.
“ZEFS” rəhbəri nəhəng iPhone-nun yenidən qurulması ehtimalının olduğunu da bildirib. Bir şərtlə ki, bu qurğudan ABŞ-a “Apple”dan imtina barədə məlumat göndərmək mümkün olsun.
Qeyd edək ki, sözü gedən abidə “Apple”ın yaradıcısı Stiv Cobsun şərəfinə 2013-cü ildə Sankt-Peterburqda ucaldılıb. Hündürlüyü 188 santimetr olan abidə iPhone 4 smartfonunun modeli şəklində hazırlanıb. Multimedia memorialının açılış mərasimində şəhər administrasiyasının nümayəndələri və Cobsun silahdaşı Timoti Dion iştirak edib.
http://s020.radikal.ru/i723/1411/44/3db8b4325954.jpg
http://s020.radikal.ru/i703/1411/fc/5b30262dc491.jpg