“Qarabağ” klubuna dəsətək üçün Kiyevə səfər etmiş azərbaycanlı jurnalistlər klubun baş məşqçisi Qurban Qurbanovla görüşüblər.
15 nəfərlik jurnalist qrupunu salamlayan “Qarabağ”ın baş məşqçisi idman sahəsinə bağlılığı olmayan media mənsublarının Kiyəvə səfər etmsindən məmnun olduğunu bildirib. Q.Qurbanov qeyd edib ki, bu səfər barədə əvvəlcədən məlumatlı olub: “Eşitdim ki, idmandan kənar sahələrdə çalışan jurnalistlər toplaşıb Kiyevə gedirlər. Bu, bizi çox sevindirdi. Deməli, bizə təkcə idman ictimaiyyəti, idman mətbuatı diqqət ayırmır. Çox sağ olun ki, bizi tək qoymadız”.
Qrup üzvlərinin hər birinə təşəkkürünü bildirən baş məşqçi oyun barədə gözləntiləri və komandanın hazırlıq səviyyəsindən də danışıb. Jurnalistlər isə öz nəvbəsində Q.Qurbanova “Dnepr”lə oyunda uğurlar arzulayıblar. Baş məşqçi “Qarabağ”sevərlərə sevinc bəxş etməyə çalışacaqlarını deyib.
Azerfax.az