Bakı şəhər İcra hakimiyyəti Milli Şuranın mitinqinə icazə verib.
Avropa.info-nun məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat yayılıb.
Mitinq 12 avqust saat 15:00-də Yasamal rayonu, “Məhsul” stadionunda keçiriləcək. Aksiyanın tələbi repressiyaların dayandırılması və siyasi məhbusların azad edilməsi olacaq.
Mitinq keçirməklə bağlı qərar Sentyabrın 30-da Milli Şuranın Koordinasiya Mərkəzi iclasında verilib.