“Heç kəs düşünməsin ki, “zerkalni” avtomobil nömrəsi işlədirsə, yol hərəkət qaydaların poza bilər”.
Bunu İnterAz-a Bakı şəhər DYP-nin şöbə rəisi Vaqif Əsədov söyləyib. Onun sözlərinə görə, törədilən bütün qayda pozuntuları şəhərdə quraşdırılmış kameralar vasitəsilə qeydiyyata alınır.
“Kimliyindən asılı olmayaq xəta törədən nəqliyyat vasitəsini və onun sürücüsünü, dövlət nömrə nişanını qeydə almaq mümkündür. Nəticədə elektron protokol tərtib olunur ki, bu da həmin avtomobilin sürücüsünə qarşı təsirli tədbirlərin görülməsinə səbəb olur”