İngiltərənin “The Daily Telegraph” qəzeti sesnasia yaradacaq məlumat dərc edib.
AzVision.az-ın məlumatına görə, adıçəkilən qəzet bugünki sayında “İŞİD Roma Papasını Türkiyədə öldürəcək” başlıqlı yazı ilə çıxış edib.
Qəzet İraqlı diplomat Həbib Əl-Sədrin İtalyan “La Nazione” nəşrinə etdiyi xəbərdarlığı diqqətə çatdırıb. Bildirilib ki, Roma Papası noyabrda Türkiyəyə edəcəyi səfər zamanı İŞİD terror qruplaşması tərəfindən sui-qəsdə məruz qala bilər. Səfirin fikrincə Papa İŞİD yaraqlılarının hədəfindədir. Ola bilsin ki, Türkiyəyə gələn zamanı ona qarşı hücum edilsin.
Qeyd edək ki, Roma Papası Fransinko noyabrın 28-də Türkiyəyə səfər edəcək.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.