Yer kürəsinə nəhəng meteorid düşsə, planetimiz darmadağın olacaq.
İnterpress.az xəbər verir ki, NASA 2020-ci ilə qədər Yer planeti ətrafından keçəcək səma cisimlərinin 90 faizinin 140 metr diametrindən böyük olacağı barədə məlumat yayıb və bu məqsədlə “Meteoriddən müdafiə” proqramının icrasına başlayıb.
Lakin NASA müfəttişi Pol Martin bu proqramın büdcəsinin 7 faizi, yəni 40 milyon dollarlıq planın ürəkaçan olmadığı ilə bağlı xəbərdarlıq edib.
2013-cü ildə Rusiyanın Çelyabinsk vilayətinə 18 metr diametrinə meteorid düşməsi nəticəsində “30 atom bombası gücündə” təsiri olub.
Əhalinin yaşamadığı əraziyə düşməsinə baxmayaraq uzaqlıqdakı tikililərə zərər verib və mindən çox insan xəsarət alıb.
Meteoridlərin təhlükəsini nəzərə alan NASA bununla əlaqədar dəhşətli video yayıb.
Videodakı meteorid dünyanı məhv edəcək qədər nəhəngdir.