“Həyat yoldaşım nə deyirsə, onu edirəm”- Sevda
Müğənni Sevda Sanaliyevanın qafqazinfoya müsahibəsini təqdim edirik.
– Yaradıcılıq fəaliyyətiniz davam edirmi? Yoxsa ana olmağınızla bağlı fasilə vermisiniz?
– Çətin hamiləlik keçirirəm. Lakin yaradıcılıq fəaliyyətimi bacardıqca davam etdirirəm. Hazırda daha çox istirahətə üstünlük verirəm.
– Keçən ilin sonlarında sizi şantaj etdikləri ilə bağlı məlumat vermişdiniz. O məsələ necə bitdi?
– Keçən ilki hadisələr keçən ildə qaldı. İndi yeni həyata yeni qərarlarla başlamışam. İnşallah xeyirlisi olar.
– Gizli ailə qurmağınıza səbəb nə idi?
– Əslində ailəni gizli qurmadım. Yaxınlarım, dostlarım və sənət dostlarım yanımızda idilər. Mən də, yoldaşım da toyumuzun efirdə yayımlanmasını və qəzetlərdə, saytlarda yazılmasını istəmədik. Özəl həyatımızın müzakirə olunmasının tərəfdarı deyilik.
– Bir az ailə həyatınızdan danışın.
– Ailə həyatımız normal keçir. Hamıda necədirsə, bizdə də elədir. Heç bir qeyri-adilik yoxdur.
– Həyat yoldaşı Sevdaya hansı qadağaları qoyub?
– Həyat yoldaşım mənə qadağa qoymur. Əslində mənə qadağa qoymasına ehtiyac yoxdur. O nə deyirsə, edirəm. İstəmədiyi heç nəyi etmirəm.
– Sevda xoşbəxtdirmi?
– Şükür Allaha ki, xoşbəxtəm. Bütün xanımlara xoşbəxt olmağı arzulayıram.
– Analıq necə hissdir?
– Hələ ki, özümü ana kimi hiss etmirəm, çünki tezdir. Övladıma nəsə olar deyə daha çox həyəcan və qorxularım var. Təki salamatlıq olsun.
– Körpənizin cinsiyyəti bəllidirmi?
– Cinsiyyəti hələ bəlli deyil. Qız və ya oğlan olmasının fərqi yoxdur. Əsas salamat və xeyirli övlad olsun. Allah bilən məsləhətdir.
– Evləndikdən, ana olduqdan sonra həyatınızda nələr dəyişdi?
– Ailəli olmaq, ana olmaq hər ikisi məsuliyyət deməkdir. Hər şeyə, danışığıma, hərəkətlərimə daha çox diqqət edirəm.
– Modanı izləyirsinizmi? Geyim seçərkən nələrə diqqət edirsiniz?
– Dəb mənim üçün mənə yaraşan geyim deməkdir. Amma dəblə uyğunlaşmağa da çalışıram. Kilo aldığım üçün nə geyinsəm, özümə yaraşdırmıram. Ona görə də geyim seçmirəm.
– Rəqqasə olmaq çətindir, yoxsa müğənni?
– Rəqqasə olmaq müğənni olmaqdan daha çətin idi. Amma müğənnilik də asan deyil. İnsanların qəlbinə yol tapmaq, seçdiyin, oxuduğun mahnıların sevilməsi çox vacibdir. Əsas da insanların qəlbində qalmağı bacarmalısan.
– İncəsənət adamları hər zaman birmənalı qarşılanmayıb. Sizcə buna səbəb nədir?
– Meşə çaqqalsız olmur. Hər işdə olduğu kimi bizim sənətdə də pisi və yaxşısı var. Buna görə hamıya eyni gözlə baxmaq düzgün deyil.
– Ananızın xərçəng olduğunu söyləmişdiniz. İndi səhhəti necədir?
– Anamın böyrəyində xərçəng var idi. Əməliyyatla götürdülər. Hazırda vəziyyəti ağır olaraq qalır. Allaha anama şəfa versin. Bütün anaları övladlarına bağışlasın. Amin…
http://s010.radikal.ru/i312/1409/c7/5c3a0b2981d6.jpg
http://s018.radikal.ru/i513/1409/05/de90cb9541d0.jpg
http://s018.radikal.ru/i510/1409/32/3f5b01deedb4.jpg
http://s017.radikal.ru/i418/1409/53/11250cee73db.jpg
http://s002.radikal.ru/i200/1409/e8/24161a08fd3e.jpg