Daxili İşlər Nazirliyi Şəmkirdə törədilmiş qətl hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, avqustun 13-də Şəmkir rayonu Sabirkənd kəndinin ərazisində kənd sakini Vüqar Əliyev münaqişə zəminində Zəyəm qəsəbə sakini Pərvin Tanrıvediyevi bıçaqla qətlə yetirib hadisə yerini tərk edib. Şəmkir RPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində V.Əliyev tutulub. P.Tanrıverdiyevin qətlə yetirilməsi ilə əlaqədar onun anası Vəfa qisas məqsədi ilə Vüqar Əliyevin evini yandırıb.
Rayon prokurorluğu tərəfindən araşdırma aparılır.