Siyahıya dünyanın ən məşhur brendləri daxil olub.
Bu gün milyardlarla dollar dəyərində olan şirkətlərin bir çoxu əslində qarajlarda qurulub.
Oxu.Az Marja-ya istinadən qarajda qurulan altı nəhəng şirkətlərin siyahısını təqdim edir:
Şirkətin qurucuları Larry Page və Sergey Brin Stanfordda tanış olublar və bir qarajda bu gün dünyanın ən böyük axtarış sistemi olan Google-u qurublar.
Apple
Dünyanın ən qiymətli şirkətlərindən Apple da, əfsanəyə çevrilən rəhbəri Steve Jobs və Steve Wozniac tərəfindən bir qarajda qurulub.
Microsoft
Dünyanın ən böyük kompüter şirkətlərindən Microsoft, Bill Gates və dostu Paul Allen tərəfindən bir qarajda qurulub.
Amazon
Hazırda ən böyük e-ticarət saytlarından biri olan Amazon, Jeff Bezos tərəfindən 1995-ci ildə Vaşinqtondakı evinin qarajında qurulub.
Disney
Walt və Roy Disney, ilk filmlərini 1923-də əmilərinin qarajında istehsal etdikdən sonra, şirkəti bir imperatorluq halına gətirdilər.
Hewlett-Packard
ABŞ-ın ən böyük kompüter istehsalçılarından HP də qarajda qurulan şirkətlərdəndir.