Bakıda iki qardaş bıçaqlanıb, onlardan biri ölüb.
Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, iyulun 12-də Biləcəri qəsəbəsi Y.Hüseynov küçəsində qəsəbə sakinləri 1981-ci il təvəllüdlü Fərid Həsənov boyun nahiyyəsindən (odlu silahla yetirilmiş xəsarətə xarakterik), qardaşı 1977-ci il təvəllüdlü Şəhriyar isə qarın nahiyyəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
F.Həsənov aldığı xəsarətlər nəticədə, xəstəxanada ölüb. Binəqədi Rayon Polis İdarəsi 6-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, cinayəti törədən qəsəbə sakini, 1978-ci il təvəllüdlü Samur Həsənov tutulub.
Hadisə ilə bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.