Hansı tərəfdən səsləndirilməsindən asılı olmayaraq hərbi ritorika münaqişənin sülh yolu ilə həll olmasına kömək etmir, əksinə, bu prosesi çətinləşdirir.
Bu həmsədr ölkələrin ümumi mövqeyidir. AzVision.az-ın məlumatına görə, bu barədə Rusiya Xarici İşlər Nazirliyi Ermənistan İctimai Televeziya və Radio Şirkətinin sorğusuna cavabında bildirib.
“Bununla bağlı Rusiya, ABŞ, Fransa prezidentləri tərəfindən ötən il Lox Ernə şəhərində münaqişə tərəfləri liderlərinin müharibədən və ya regionda vəziyyəti gərginləşdirəcək hərəkətlər, bəyanatlardan çəkinmək, bunun əvəzinə xalqları sülhə hazırlamaq barədə səsləndirdikləri birgə bəyanatını xatırladırıq.
Bu cür yanaşmanın üstün olacağını düşünürük. Bununla bağlı Ermənistan və Azərbaycan prezidentlərini ötən il Vyanada əldə olunan razılaşmaya əsasən birbaşa dialoqu davam etdirəcəyini ümid edirik” – deyə, Rusiya XİN-in informasiya departamentinin cavabında bildirilir.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.