Bu müsabiqəni xaricdə Qaqarinin kosmosa uçuşu ilə müqayisə edirdilər.
Sovet İttifaqı hər zaman qapalı ölkə hesab edilib, amma Qorbaçovun hakimiyyətə gəlişi ilə vəziyyət dəyişdi: “dəmir pərdələr” qalxdı və ölkəyə xaricdə insanların yaşamı barədə informasiya axını başladı.
Oxu.Az Peoples.ru-ya istinadən xəbər verir ki, bundan sonra bənzətmə dövrü başladı. Tezliklə iş şou-biznesə də çatdı: SSRİ-də 1988-ci ildə keçirilən ilk gözəllik müsabiqəsini xaricdə Qaqarinin kosmosa uçuşu ilə müqayisə edirdilər.
Ənənəvi olaraq hesab edilir ki, gözəllik müsabiqələrinin təşkilində pioner ABŞ-dır. Amma ilkin addım Avropaya məxsusdur: 1888-ci ildə Spa (Belçik) şəhərində ilk “Gözəllik kraliçası” müsabiqəsi keçirilib.
Müasir formatında gözəllik müsabiqəsi ilk dəfə Böyük Britaniyada aprel ayının 15-də 1951-ci ildə keçirilib. Bu, ilk “Dünya gözəli” müsabiqəsi idi. Məhz orada “bikini” dəfiləsi keçirilib.
Keçmiş Sovet İttifaqı üçün test müsabiqə 1987-ci ildə “Moskovskiy komsomoles” (MK) qəzetinin bayramı çərçivəsində keçirilib.
İlk rəsmi müsabiqə isə “Moskva gözəli” müsabiqəsi olub. Yarışmanın təşəbbüskarı elə həmin “MK” olub, müsabiqənin ümumi kuratorluğu isə MOSSOVET İcra Komitəsinə tapşırılmışdı.
Gələcək müsabiqə iştirakçılarının seçimi Qorki adına mədəniyyət parkında aparılırdı.
Müsabiqənin qalibi Maşa Kalinina oldu.
Qeyd edək ki, ömürlük Sovet gözəllik kraliçası titulunu alan Maşa Kalinina Los-Ancelesdə yaşayır və Merayi Keylin (Maria Kalin) adını daşıyır.