Terrorçu “İraq Şam İslam Dövləti” bu dəfə də futbolla bağlı təhdid bəyanatı yayıb.
AzNews.az xəbər verir ki, İŞİD Qətərdə təşkil olunacaq FİFA – 2022 Dünya Kubokunun keçirilməməsi barədə xəbərdarlıq edib.
Bəyanatda bildirilir ki, İslam Xilafət Dövləti qurulub və Dünya Kubokunun keçirilməsi nəzərdə tutulan Qətər dövləti yoxdur: “Qətər artıq İslam Dövlətinin bir parçasıdır. Orada müsəlmanların xəlifəsi və əmiri Əbu Bəlir Bağdadinin sözü keçir. Xəlifə boş oyun və əyləncələrin keçirilməsinə əsla icazə verməz. Buna görə də, FİFA-ya başqa ölkə tapmağı məsləhət görürük. İŞİD-in əlində “Scud” raketləri var. Bu raketlər rahatlıqla Qətərə çata bilər. Amerika da bunu bilir”.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.