Braziliyada dəhşətli körpü uçması nəticəsində çox sayda nəqliyyat vasitəsinə zərər dəyib, ölən və yaralananlar var.
ANS PRESS-in məlumatına görə, Braziliyanın Belo-Horizont şəhərində 2014-cü il Dünya Çempionatı üçün inşa edilən körpü uçub. Hadisə nəticəsində, 2 nəfərin öldüyü, 20 nəfərin isə yaralandığı açıqlanıb.
Hadisə şahidlərindən biri, uzun müddətdir silkələnən körpünün dayaqlarının çökməsi nəticəsində baş verdiyini bildirib.
Qeyd edək ki, Mineyrao stadionun yerləşdiyi Belo Horizont şəhəri iyulun 8-də keçiriləcək yarım final matçına ev sahibliyi edəcək.