“Həmişə yaraşıqlı insanlara üstünlük verirlər”.
Problem odur ki, mən sponsorla işləyə bilmirəm. Çalışdığım şirkət vasitəsilə kifayət qədər yaxşı sponsorlar tapa bilərəm. Ancaq cəmiyyətimiz qadının professional müstəvidə sponsorla işləməsinə hazır deyil. Şayiələr yayıla bilər.
Bunu 1937.az saytına müsahibəsində xanım yazar Sahilə İbrahimova deyib. Lakin o əlavə edib ki, müəyyən dövrdən sonra özünün oturuşmuş imzası olsa, sponsorla işləyə bilər:
“Mən çevrəmlə müqayisədə özüm üçün, ətrafım üçün kifayət qədər cəsarətli sayıla biləcək addımlar atmışam. Ancaq burada dayanmağın tərəfdarıyam. Qadın olmağım və görünüşüm sponsorla işləməyimə mane olur. Ümumiyyətlə, xarici görünüş dünyanın bütün nöqtələrində əhəmiyyət kəsb edir. Həmişə yaraşıqlı insanlara üstünlük verirlər.
Görünüşümün normal olmağının əlbəttə, üstünlükləri də var. Saytlar müsahibə alır və istəyir ki, şəklim mütləq olsun. Hətta yazımı oxumayan saytlar belə istəyiblər ki, onlarla əməkdaşlıq edim. Çünki düşünüblər ki, mən kiməsə müsahibə üçün müraciət eləsəm, o adam mütləq razılaşar. Rəqabət zamanı görünüşümdən istifadə edib irəliləməyi etik saymıram. Amma bunun müəyyən məqamlarda qaçılmaz olduğunu da bilirəm”.