Müğənni Nigar Camalın dünyaca məşhur “X Factor” yarışmasının Türkiyə versiyası “Ulduz işığı”nda münsif olması ilə bağlı xəbər vermişdik.
Axşam.az-ın məlumatına görə, bir müddətdir ki, İstanbulda olan sənətçi seçim turlarında iştirak edib.
Müsabiqədə Nigar Camalla yanaşı, müğənni Sinan Akçıl, Atiyə və fotoqraf, rejissor Nihad Odabaşı da münsif kürsüsündə yer alıb. “Kanal D”də nümayiş etdiriləcək yarışmada qalib 2 milyon lirə (təxminən 735 min manat) qazanacaq.
Qeyd edək ki, artıq müsabiqənin reklam çarxı yayımlanmağa başlayıb.
Həmin videonu təqdim edirik.