Bir neçə ay öncə analıq sevincini yaşayan müğənni Ayan Babakişiyeva yeni fotolar paylaşıb.
ANS PRESS-in məlumatına görə, yeni dünyaya gəlmiş qızına Selena adını verən ifaçı onu mediadan gizli saxlayacağını desə də yeni fotolarını paylaşır. Amma üzünü hələ də gizli saxlayır. Sosial şəbəkədən tez-tez istifadə edən Ayan övladını yavaş-yavaş məşhurluğa doğru aparır. İfaçı bu gün də Selena ilə kamera qarşısın keçib. Fotonu “Mənim həyatım, sevincim Selena” şərhi ilə pərəstişkarlarına nümayiş edib.
Qeyd edək ki, Ayan Babakişiyeva bir müddət öncə qızının yay qarderobunu çəkərək sosial şəbəkədə paylaşmışdı.
http://s019.radikal.ru/i628/1407/c1/8f5ae898a1f0.jpg
http://s019.radikal.ru/i621/1407/86/c5439d341ce2.jpg
http://s019.radikal.ru/i615/1407/70/37912d3f976d.jpg
http://i022.radikal.ru/1407/4e/48fd59d4758a.jpg
http://s019.radikal.ru/i607/1407/0f/3e9176b408f5.jpg