Ukraynanın “Qromadsk” televiziya kanalının müxbiri Nastiya Stanko və operator qondarma “Luqansk Xalq Respublikası”nın silahlıları tərəfindən girov götürülüb.
AzNews.az Ukrayna mediasına istinadən xəbər verir ki, hadisə iyunun 30-da axşam saatlarında baş verib.
Separatçılar tərəfindən hadisə ilə bağlı heç bir rəsmi açıqlama verilməyib.
Qeyri-rəsmi məlumatlarda isə bildirib ki, jurnalistlər peşə vəzifələrinin icrası zamanı girov götürülüblər. Hazırda Luqanskda şəhər inzibati binalarından birinin zirzəmisində saxlanılırlar.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.