AKP-nin aylardır maraqla gözlənilən prezidentliyə namizədi açıqlanıb.AKP-nin Köşk namizədini Mehmet Əli Şahin açıqlayıb.
Medianews.az türk mətbuatına istinadən xəbər verir ki,Baş nazir təxminən 4 min AKP-çinin qatıldığı yığıncaqda partiya üzvlərinə səslənib:
“Prezident tərəfsiz olsun deyərkən, prezidentin dövlət tərəfindən millətin qarşısında dayanmasını istəyirlər. Bu dövr artıq bağlandı”
Ərdoğan ailəsindən və dostlarından halallıq istəyib və necə prezident olacağını açıqlayıb.O tutduğu bütün rəsmi vəzifələrdən istefa verəcək.Türkiyə qanunlarına görə prezidentliyə namizədliyini irəli sürən şəxs, üzv olduğu partiyadan və tutduğu dövlət vəzifəsindən, həmçinin Türkiyə Böyük Millət Məclisi üzvülüyündən də istefa verməlidir.
Ərdoğan 10avqustda keçiriləcək prezident seçkilərində hər kəsi tərəddüd etmədən ona səs verməyə çağırıb:
Mən Baş nazir olduğumda yalnız AKP-çilərin verdiyi səsələ nazir olmadım 77 milyonun Baş naziri oldum.Və 10 avqusta da mənə səs verən və verməyən hər kəsin prezidenti olacağam.
Buna heç kimin şübhəsi olmasın.