Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası prezidentliyə namizədinin adını açıqlayıb. Musavat.com-un “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, AKP prezident seçkilərinə baş nazir və partiyanın sədri Rəcəb Tayyib Ərdoğanla getmək barədə qərar qəbul edib.
AKP sədrinin müavini Mehmet Ali Şahin prezidentliyə namizədin elan edilməsi üçün keçirilən toplantıda bəyan edib ki, Ərdoğanın namizədliyi hakim partiyadan olan deputatların imzası ilə irəli sürülüb.