Əgər onu Barselonanın Argentinadan tapıb çıxardığı və İspaniyaya gətirdiyi adi bir futbolçu kimi düşünürsünüzsə, təəssüf ki, yanılırsınız.
İspaniya La Liga komandası Barselona və Argentina Milli Futbol komandasında forma geyən məşhur futbolçu Lionel Andrés Messi, 24 İyun 1987də Argentina da dünyaya gəlib. Hazırda İspaniyanın Barselona klubunun və Argentina milli futbol komandasının heyətində çıxış edir. Hücumçu və hücumameyilli yarımmüdafiəçi mövqelərində oynayır. Argentina milli komandasının bir neçə oyununda kapitanlıq edib.
Messinin çətin keçən uşaqlığı…
Lionel Andres Messi 24 iyun 1987-ci ildə Argentinanın Rosario şəhərində anadan olmuşdur. Atası Jorge Horasio Messi polad fabrikində işləyirdi, anası Selia Mariya Kussittini isə xidmətçi idi.Onun mənşəyi ata tərəfdən İtaliyanın Ankona şəhərinə gedib çıxırdı. Belə ki, onun ulu babası Ancelo Messi 1883-cü ildə oradan Argentinaya gəlmişdi.Rodrigo və Matias adlı iki böyük qardaşı, Maria Sol adlı özündən kiçik bir bacısı var.Beş yaşında olarkən Messi atasının məşqçilik etdiyi yerli Qrandoli futbol məktəbində məşqlərə başlayıb.1995-ci ildə doğma şəhəri Rosarioda məskunlaşan Nyuels Old Boyz klubuna keçdi.O, komandanın gənc ulduzuna çevrildi və növbəti dörd ildə yalnız bir oyunda meydana çıxdı. Messi təvəllüdünə uyğun olaraq “87-ci ilin maşını” ləqəbi ilə məşhurlaşdı.
11 yaşında Messiyə inkişaf hormonu çatışmazlığı diaqnozu qoyuldu. Yerli klublardan River Pleyt Messinin müalicəsinə kömək etmək istəsə də, ayda 900 $ məbləği ödəyə bilməyəcəyini bildirdi.Barselonanın idman direktoru Karles Reksaç Messinin Kataloniyanın qərbində Leyda əyalətində yaşayan qohumları sayəsində onun istedadından xəbərdar idi və bir müddət sonra atası ilə Messini sınamaq üçün baxışa çağırdı.Reksaç Messiyə salfet kağızında yazılmış müqavilə təklif etdi.Müqaviləyə görə Messi İspaniyaya köçəcəyi halda müalicə xərcini öz üzərinə götürəcəkdi. Messi və atası qeyd edilən vaxtda Barselonaya köçdü və Messi klubun gənclər akademiyasına daxil oldu.
2000-2003 Barcelonanın Ümid B komandasında oynamağa başlayan Messi, 30 matçda 37 qol vuraraq Reksaçın nə qədər doğru bir qərar verdiyini təsdiq edərək onun inamını doğruldub.
Klub karyerası…
Messi Barselonanın heyətində oynamış və La Liqada oyuna çıxan üçüncü ən gənc oyunçudur. Ən gənc oyunçu adına sentyabr 2007-ci ildə meydana çıxan Boyan Krkiç sahibdir. 1 may 2005-ci ildə Messi 17 yaş, 10 ay və 7 günlüyündə Albasete Balompie klubuna qarşı oyunda ilk qolunu vurdu və La Liqada Barselonanın heyətində qol vuran ən gənc oyunçu adına yiyələndi,Messinin bu rekordu 2007-ci ildə onun məhsuldar ötürməsini qola çevirən Boyan Krkiç tərəfindən qırıldı.Messi onun sabiq məşqçisi Riykaard haqqında belə söyləyib:”Onun mənim karyeramı başlatmağını, cəmi on altı, on yeddi yaşım olarkən mənə etimad göstərməyi faktını heç vaxt unutmayacam.”Mövsüm ərzində Messi həmçinin İkinci Divizyonda Barselona B komandasının heyətində də çıxış etdi və 17 oyunda 6 dəfə fərqləndi
Həvəskar karyerası
1992—1995 | Qrandoli | |
1995—2000 | Nyuells Old Boyz | |
2000—2003 | Barselona | |
Peşəkar karyerası* | ||
---|---|---|
2003—2004 | → Barselona C | 10 (5) |
2003—2005 | → Barselona B | 22 (6) |
2004—h.h. | Barselona | 275 (243) |
Milli yığma** | ||
2005 | Argentina (20 yaşlılar) | 18 (14) |
2008 | Argentina (Olimpiya) | 5 (2) |
2005—h.h. | Argentina |
Maradonanın yolunda …
1,69 m boyunda və 67 kq ağırlığındakı Messi, oyun stili və xüsusiyyətləri ilə həmişə Maradona’ya bənzədilir. Futbol tarixinin gəlmiş keçmiş ən böyük ulduzlarından biri olan Maradonanın da “vəliəhd” dediyi Messi, Getafeyə atdığı qolla bunu sübut etdi.
Barcelonanın, Getafe’yi 5-2 məğlub etdiyi matçda yarı sahədən aldığı topla dörd rəqibini və qapıçını da keçərək azarkeşləri havalandıran gənc ulduz,hər kəsə Maradonanın jenerik qolunu xatırlatmışdı. Bu qolun ardından İspan mətbuatı da Maradonanın 20 il əvvəlki qoluyla Messinin qolu arasındakı bənzərlikləri (dəqiqə, taktika, uzaqlıq) ortaya çıxararaq, yeni “Futbol Cambaz” nın Messi olacağını müdafiə etməyə başlayırdı. Necə ki Maradonanın yolu da Barcelonadan keçmişdi …
Böyük bir qabiliyyətə sahib olan bu gənc Argentina da olduğu kimi, Barselonada da etdiklərilə İspaniyanın ulduzu oldu.
Messinin ilk rəsmi matçı və Qızıl ayaqqabı…
Və nağıl kimi olan bu hekayə bir neçə il içində özünə qucaq açan Barselona klubu sayəsinə gerçəyə çevrilməyə başladı …
Messi artıq Dünya Futboluna hədiyyə edilirdi.İspaniya, Messinin ailəsinə ən çox da Messinin özünə uğur gətirmişdi.Oynadığı futbolla izləyənləri ovsunlayan Messi, bir tərəfdən də xəstəliyini məğlub etməyi bacarırdı.
Messi ilk rəsmi matçını 2003-ci ilin sonlarında Portoya qarşı oynadı və bir il sonra Argentina Milli komanda formasını geyməyə başladı.
Və 2005-ci ildə Argentina U-20 Milli komandası ilə Hollandiyada FIFA 20 Yaş Altı Dünya Kubokunu qazanarkən Çempionat “Qızıl Top” və “Qızıl Ayaqqabı” mükafatlarını da qazanaraq turnirin ən yaxşı futbolçusu oldu.Bu turnirdə atdığı 6 qolla ‘Qol kralı’ olub ‘Qızıl Ayaqqabını alan Messi, turnirin ən yaxşı oyunçusu da seçildikdən sonra’ Qızıl Top ‘mükafatının da sahibi oldu və İspaniyaya 3 zəfərlə döndü.
Messi 4 dəfə də “Qızıl top” mükafatına layiq görülüb.
Məşhur futbolçuların Messi üçün söylədikləri…
Xavi: “Məncə Leo Maradonadan yaxşı, İllərcə zirvədə iştirak edəcək. Onun kimisi yoxdur”
Zidan: “Mess dünyanın ən yaxşı futbolçusu və oyunu tək başına qazana bilən xüsusi bir oyunçudur”
Maradona: “Messi məndən daha yaxşı!”
Roberto Baggio: “Messinin digər futbolçulardan fərqli bir səviyyədə bu ana qədər etdikləriylə adını tarixə qızıl hərflərlə yazdırdı”
Arsen Wenger:” Bu adam sanki kompüter oyununda kı kimidir.Dünyanın gəlmiş keçmiş ən yaxşı oyunçularından biri olma yolunda sürətlə irəliləyir”
Bekhem: “Heç şübhə yox ki, o oynadıqlarım arasında ən yaxşısı ayrıca gördüyüm ən dinamik oyunçudur ..”
Henry: “Əslində bəzən məndə messi dünyalımı kosmosdan mı gəldi deyə öz özümə soruşuram.”
Gregorio Manzano: “Messinin dayandırmaq üçün ov tüfəngi lazım!”
Rivaldo :: “Əfsanə olmağı onun haqqıdır”
Diego Milito: “Həqiqətən dünyanın ən yaxşısıdı”
Rıdvan Dilmen: “Mən futbolçulara Messi və digərləri deyə baxıram. Maradonadan sonra gördüyüm ən istedadlı futbolçu. Ronaldo da qabiliyyətli amma, yalnız Messinin arxasındakı 7-8 qabiliyyətli futbolçudan biridir”
Messinin 25 rekordu…
1. “Barselona”nın tərkibində bütün turnirlərdə 306 qol.
2. “Barselona”nın 300-dən artıq ol vuran yeganə oyunçusu.
3. İspaniya çempionatında “Barselona”nın tərkibində 209 qol.
4. “Barselona”ın tərkibində Çempionlar Liqasında 58 qol.
5. “Barselona”ın tərkibində avrokuboklarda 59 qol.
6. “Barselona”nın tərkibində beynəlxalq klub turnirlərində 63 qol.
7. “Barselona”nın tərkibində 22 het-trik.
8. “Barselona”nın tərkibində İspaniya çempionatında 16 het-trik.
9. “Nou-Kamp” stadionunda 150-dən artıq qol vuran ilk futbolçu.
10. İspaniya çempionatında bir mövsümdə 50 qol.
11. İspaniya çempionatında ardıcıl 17 oyunda qol vurmaq.
12. İspaniya çempionatının bir mövsümündə 8 het-trik.
13. İspaniya çempionatında 200 qol vuran ən gənc futbolçu.
14. İspaniya superkubokunda 10 qol.
15. Bir təqvim ilində 91 qol.(2012)
16. Klubunun tərkibində bir ildə 73 qol.
17. “El-Klassiko”da qol vuran ən gənc əcnəbi (19 yaş)
18. 18 qolla Alfredo di Stefano ilə “El Klassiko”da ən çol qol vuran oyunçular sırasında liderliyi bölüşdürür.
19. 4 qolla Denilson və Məhəmməd Abutriko ilə klublar arasında dünya çempionatında bombardirlər siyahısında liderliyi bölüşdürür.
20. Çempionlar Liqasında/kubokunda bir mövsümdə 14 qol (Xose Altafini də eyni sayda qol vurub)
21. Dörd dəfə Çempionlar Liqasının/kubokunun ən yaxşı bombadiri (Herd Müllərlə birgə)
22. 10 futbolçu ilə yanaşı Çempionlar Liqası/kubokunun bir oyununda beş qol vurub.
23. Argentina millisinin tərkibində dünya çempionatının final mərhələsində oynamış ən gənc oyunçu (18 yaş, DÇ-2006-ın Argentina – Serbiya görüşü)
24. 12 qolla bir təqvim ilində Argentina millisində 12 qol (Qabriel Batistuta ilə birgə)
25. Dünyada “Qızıl top”u dörd dəfə qazanan yeganə oyunçu.
Messinin futbol topuna bənzəyən möhtəşəm evi…
İspaniyanın ən məşhur memarlarından sayılan Luis Qarrido “Barselona” klubunun argentinalı ulduzu Lionel Messi üçün möhtəşəm ev tikib.
Qarridonun inşa etdiyi ev yuxarıdan baxıldığında futbol topuna oxşayır.
“Futbol nəhəngi” adlı evdə Messi həyat yoldaşı və oğlu ilə birlikdə yaşayır.
Messinin aldığı zədələr…
Messi karyerası ərzində daha çox ayaq əzələsindən zədələnib. O son olaraq “Betis”lə matçda da bu problem səbəbindən meydanı tərk etmək məcburiyyətində qalmışdı.
Ulduz oyunçu bundan əvvəl
2006-ci ilin fevral və mart ayları,
2007-ci ilin dekabr,
2008-ci ilin mart,
2013-ci ilin aprel, may, avqust, sentyabr aylarında əzələsindən zədələnib.
Bundan başqa, Messinin 2008/2009 mövsümündən indiyə kimi hər mövsüm ən azı 5000 dəqiqə meydanda qaldığı, hər mövsüm ən azı 60 matçda forma geydiyi məlum olub.
Əfsanəvi futbolçu Pele,Messi barədə…
Dünya futbolunun yaşayan əfsanələrindən olan Pele Argentina yığmasının və “Barselona”nın futbolçusu Lionel Messi haqqında maraqlı fikirləri:
Pele “Barsa”dakı Messi ilə Argentina yığmasındakı Messi arasında ciddi bir fərq olduğunu deyib: “Messi “Barselona”da oynayarkən bir futbolçu kimi çıxış edir. Lakin yığmada o, tamam başqa cür oynayır. Argentina millisində biz onu hər sahədə görə bilərik. “Barselona”da onun ətrafında və onu başa düşən Xavi, İniyesta və bir neçə başqa futbolçu kimi inanılmaz gücə malik olanlar var. “Argentina yığmasında isə komanda yoldaşları Messini başa düşə bilmirlər”
Arzularının maşını…
“Barselona” klubunun və Argentina millisinin superforvardı Messi 2012ci ildə ən çox arzuladığı avtomobili alıb. Futbolçu ən çox sport maşınları sevir. O özünə 2012-ci il buraxılışlı möhtəşəm “Maserati GranTurismo MC Stradale” avtomobili alıb.
Messinin xeyirxah Yardımları…
Son dövrdə bir çox günahlandırmalarla qarşı-qarşıya qalan Barselonanın Argentinalı ulduzu Lionel Messi ilə əlaqədar əhəmiyyətli bir sənəd nəşr olunmuşdu. Əvvəl vergidən yayınma ardından atası vasitəsilə kömək matçlarında narkotik pulu keçirmək də iddia edilən Messinin Uşaq Fonduna ciddi bir kömək etdiyi məlim olunub. Messinin Birləşmiş Millətlər Təşkilatının dünya üzərindəki möhtac uşaqlara kömək məqsədli qurduğu Uşaq Fonduna 300 min dollar verdiyi sənədləşdirilib. Ulduz futbolçunun keçdiyimiz yaz Peru, Kolumbiya və ABŞ-da təşkil etdiyi Messinin dostları matçında qazandığı bütün pulu da Uşaq Fonduna verdiyi bildirildi.
Argentinalı futbolçu Messinin daha bir xeyirxah bir addımı da dillər əzbəridir…
Belə ki, öz adına yaradılmış fond vasitəsilə insanlara kömək edən Messi bu dəfə əlini xərçəng xəstələrinə uzadıb. O, xərçəng xəstəliyindən əziyyət çəkən üç nəfərlə görüşərək onların hər üçünün müalicəsi üçün maddi yardım edəcəyini deyib.
Qeyd edək ki, Messi ilə görüşən xəstələrdən biri türk olub.
Messinin gələcək planları…
O, gələcəyini heç cür «Real»da görmədiyini söyləyib. «Ümumiyyətlə, mən özümü «Barselona»dan başqa hansısa klubda təsəvvür etmirəm. Mən burada xoşbəxtəm. Futbolda hər şey ola bilər. Amma bu fikir mənə aid deyil. Çünki mən karyeramı «Barselona»da bitirmək istəyirəm»,
Turan Oruc
Medianews.az