QOÇ –( Mart 21 – Aprel 20 )
Şəxsi işlərinizdə əsaslı dönüş yaratmaq üçün şanslarınız var. Taleyinizdə əhəmiyyətli rol oynaya biləcək adamlarla əlaqələri dərinləşdirin. Bu gün səfərə çıxmaq da uğurludur.
BUĞA – (Aprel 21 – May 20)
Bir çox məsələlərdə səhvlərə yol verirsiniz. Özünüzə aludə olmayın. Bəzən ətrafınızdakılardan məsləhət almağı da unutmayın. Axşamüstü maraqlı görüşlərin iştirakçısı ola bilərsiniz.
ƏKİZLƏR –(May 21- İyun 21)
Səfərlər planınız varsa, onu bəri başdan təxirə salın. Çünki ulduzlar bu təqvimdə sizə kifayət qədər ciddi işlər həvalə edəcək. İşgüzar sövdələşmələrdə sizi müvəffəqiyyət gözləyir.
XƏRÇƏNG ––(İyun 22 – İyul 22)
Fəaliyyətlə bağlı gərginliyiniz mümkündür. Yaxşı olar ki, bütün vacib işlərinizi təxirə salasınız. Riskli pul sövdələşmələrindən, məxfi danışıqlardan uzaq olmağa çalışın.
ŞİR – (İyul 23 – Avqust 23)
Reallıqdan uzaq düşməyin. Bütün planlarınızı yalnız xəyalınızda reallaşdırmayın. Yaxşı olar ki, konkret fəaliyyətə keçəsiniz. Ay bürcünüzdə olduğundan mübahisələrə yol verməyin.
QIZ – (Avqust 24 – Sentyabr 23)
Təcrübəli insanların köməyinə ehtiyacınız olduğundan Göy qübbəsi sizə kömək göstərəcək. Odur ki, ruh düşkünlüyünə qapılmayın. Sənədlərlə bağlı problemləri aradan qaldırın.
TƏRƏZİ –(Sentyabr 24 – Oktyabr 23)
Son zamanlar ciddi cəhdlərinizin boşa çıxması sizi məyus etməməlidir. Çünki bu dünyada hər kəsin bir şansı var. Siz də gözləməlisiniz. Bu günsə yalnız adi işlərin həlli ilə məşğul olmalısınız.
ƏQRƏB –(Oktyabr 24 – Noyabr 22)
Ümumi ovqatınızda gərginlik olsa da, qarşınızda duran vəzifələrin öhdəsindən gələcəksiniz. Günün ikinci yarısında isə şəxsi büdcənizdə müəyyən qədər artım ola bilər.
OXATAN – (Noyabr 23 – Dekabr 21)
Uğurlu nəticəsinə tam əmin olmadığınız məsələlərə girişməyin. Yoxsa xoşagəlməzliklə qarşılaşacaqsınız. Bu təqvimdə kənardan kiminsə məsləhətilə addım atmamalısınız.
OĞLAQ – (Dekabr 22 – Yanvar 20)
Bəxtinizdə kifayət qədər uğurlu bir tarix var. Əzmkarlığınızı artırmaqla bu müvəffəqiyyəti özünüzə və özünüzü ona yaxınlaşdıra bilərsiniz. Axşamsa qonaq getməyə çalışın.
SUTÖKƏN – (Yanvar 21 – Fevral 19)
Qarşılıqlı əlaqələrdə tədbirli olmağa çalışın. Əks təqdirdə müsahibləriniz tərəfindən aldadıla bilərsiniz. Qarşınızda gözəl perspektivlər durur. Odur ki, ruh düşkünlüyündən qurtulun.
BALIQLAR – (Fevral 20 – Mart 20)
Qarşılıqlı münasibətlər baxımından uğurlu olsa da, maddi cəhətdən mübahisəli bir gün yaşayacaqsınız. Özünüzü maksimum təmkinli aparın. Haqqınızı qanunlar çərçivəsində tələb edin.