Məşhur amerikalı qadın tennisçi Serena Uilyams oyunda gülməli vəziyyətə düşüb.
ANS PRESS-in məlumatına görə, qadınlar arasında dünyanın ilk raketka ustası, ABŞ-lı Serena Uilyamsın da iştirak etdiyi “Uimbledon Tennis Turniri”ndə maraqlı bir hadisə yaşanıb.
Oyun cütlər arasında keçirilib. Belə ki, ötən ilin ən yaxşı idmançısı olan Serena Uilyams və bacısı Venus Uilyams kortda qarşı tərəfdəki iki tennisçi ilə mübarizə aparıb.
Oksana Kalaşnikovanın atdığı topu vurmağa çalışan Serena qaçarkən müvazinətini itirib və kişi tamaşaçının qucağına yıxılıb. Bu vaxt orada olan tamaşaçılarda, elə Serenanın üzündə də gülüş ifadəsi yaranıb.
Qeyd edək ki, matç Uilyams bacılarının qalibiyyəti ilə başa çatıb.