Dünən “Space” TV-dən ayrılması xəbəri yayılan teleaparıcı Nərminə Məmmədova AzNews.az-a danışıb.
N. Məmmədova bildirib ki, işdən çıxmaq barədə ərizə yazsa da, hələlik sənədlərini şirkətdən götürməyib.
O, gələcək karyerası barədə də məlumat verib: “Jurnalistikadan getmək barədə düşünmürəm. Hələ ki, heç bir qərar verməmişəm. Çox güman ki, yeni iş yerim də jurnalistika ilə bağlı olacaq. Amma deyə bilərəm ki, yenidən Space-yə qayıtmaq fikrim yoxdur”.
Qeyd edək ki, “Hər gün” informasiya proqramının aparıcılarından olan Nərminə Məmmədova 5 il idi ki, “Space”də çalışırdı.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.