Şou-biznesdə etdiyi açıqlamaları və layihələri ilə daima diqqət mərkəzində olan müğənni Nadir Qafarzadə söz və musiqisi Fərid Kərimiyə məxsus olan “Göndər” adlı mahnısına klip çəkdirib.
ANS PRESS-ə açıqlama verən müğənni bildirib ki, çəkilişlər Gürcüstanda baş tutub. Çəkilişlərdən razı qalan ifaçı fikirlərini bizimlə bölüşüb: “Nəhayət “Göndər” adlı mahnıma klip çəkdirdim. Açığı Gürcüstan səfərimdən zövq aldım. Klip çəkilişi bir günə həyata keçirdi. Səhər saat 09:00-da başlayan çəkiliş gecə saatlarına qədər davam etdi”.
Rejissor Elnur Əliyevin ekranlaşdırdığı klipdə Nadirin tərəf müqabili 2012-ci ildə “Gürcüstan gözəli” seçilən Tamar Shedania olub. Tamar ölkəsini dünya gözəllik yarışmasında təmsil edən yeganə modeldir. İfaçı bildirib ki, model dünyaca məşhur “Armani” və bir neçə brend firmaların siması olub.
“Klip çəkilişləri üçün bir neçə geyim dəyişdim. Klipdən savayı Gürcüstan televiziyasından proqrama təklif aldım. Lakin müəyyən səbəblərdən, vaxt azlığından verilişə qatıla bilmədim. Hətta orada bir neçə layihə təklifləri də aldım. İnşallah zamanla həmin təkliflərin ən yaxşısını reallaşdıracağam. Hazırda klip montaj olunur. Hazır olduqdan sonra media nümayəndələrinə təqdim edəcəm”.
N.Qafarzadənin “Göndər” adlı klipinin çəkilişlərindən olan fotoları təqdim edirik.
http://i031.radikal.ru/1406/7e/e20d7ab2d4d0.jpg
http://s019.radikal.ru/i639/1406/c1/b5c02c851a6d.jpg
http://s005.radikal.ru/i210/1406/8c/987c2b0faa10.jpg
http://i036.radikal.ru/1406/43/62f0a5ff86cb.jpg
http://i057.radikal.ru/1406/f9/de3e1bb44a64.jpg
http://s019.radikal.ru/i641/1406/25/85e9ecf19b2c.jpg
http://s020.radikal.ru/i719/1406/9d/00bd27823f97.jpg
http://s005.radikal.ru/i210/1406/53/f5742308ae3d.jpg
http://s52.radikal.ru/i135/1406/05/956e8d380114.jpg
http://s020.radikal.ru/i709/1406/98/405395376bf4.jpg
http://s43.radikal.ru/i101/1406/d0/13135aeb086d.jpg
http://s019.radikal.ru/i614/1406/44/1e5f2c6fda29.jpg
http://i057.radikal.ru/1406/da/09a9567fa9c7.jpg
http://s020.radikal.ru/i722/1406/66/c767f34177a7.jpg
http://i065.radikal.ru/1406/f9/ef15cfcc85a6.jpg
http://s43.radikal.ru/i101/1406/45/90ffeaa34600.jpg
http://s020.radikal.ru/i710/1406/9d/d23b146f649b.jpg
http://s020.radikal.ru/i720/1406/4b/25f9832178b4.jpg