Bu gün axşam saatlarından Tovuzun Əlibəyli kəndinin atəşə tutulmasının ardınca tovuzlu olduğunu bildirən sosial şəbəkə istifadəçisi bu ilin yanvar ayının 20-dən başlayaraq 6 gün ərzində davam edən atəşkəs pozuntusunun bir məqamının videosunu paylaşıb.
Yanvar ayında ermənilərin Əlibəyli istiqamətində atəşkəsi pozması və kənd evlərini gülləbaran etməsi barədə xəbərlər getsə də, görüntülər yalnız indi ictimailəşib. Görüntünün kənd sakinlərindən biri tərəfindən yanvarın 24-də, gecə saatlarında lentə alındığı qeyd olunur. Bildirilir ki, ermənilər Əlibəylini atəşə tutduqdan dərhal sonra Azərbaycan Ordusu cavab atəşi açıb və nəticədə bu görüntülər qeydə alınıb.
Hazırda Əlibəyli istiqamətində ermənilər atəş açmaqda davam edir. Yuxarı Öysüzlüdən aldığımız son xəbərə görə, Azərbaycan Ordusu erməniləri susdurmaq üçün hərəkətə keçib.