Sosial şəbəkələri genişmiqyaslı cərəyana çevrilmiş selfi siyasətçilərdən də yan keçmir.
ANS PRESS-in məlumatına görə, Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan iclas üçün “Bəylərbəyi” sarayına gələrkən binanın girişində bir qrup gənc qızla üz-üzə gəlib.
Qızlar baş nazirlə söhbət edərək, onunla xatirə şəkli çəkdirib. Ancaq bəzi qızlar bununla kifayətlənməyərək, mobil telefonlarını çıxarıb və Ərdoğanla selfi də çəkdirib.