“Türkiyəyə saplanan xəncəri əngəlləməsəydik, ölkəmizin Misir, Ukraynanın taleyini yaşayacaqdı”. Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, bunu Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan deyib. O bildirib ki, Türkiyəyə qarşı edilən təzyiqlərin önündə dimdik durmağı bacardılar. Baş nazirin sözlərinə görə əks təqdirdə, Türkiyə vətəndaş müharibəsi hökm sürən region dövlətlərinin aqibəti ilə üzləşəcəkdi. “Misirdə, Ukraynada, Suriyada nə etmək istəyirlərsə, eyni ssenarini Türkiyə üçün də həyata keçirəcəkdilər”,-deyə R. T. Ərdoğan qeyd edib.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.