Bakıda avtobus sürücüləri məktəbli qızı zorlayıblar.
Milli.Az xəbər verir ki, Nəsimi rayonu, Qutqaşenli küçəsində yaşayan K.V. polisə müraciət edərək 15 yaşlı qızı L.V.-nin 13 saylı marşrut avtobusunda zorlandığını deyib. Onun sözlərinə görə, iki gün əvvəl yoxa çıxmış qızını dünən Süleyman Sani Axundov küçəsində 13 saylı avtobusda tapıb. Qızı ona tanımadığı sürücülər tərəfindən zorlandığını bildirib.
Təcavüzə məruz qaldığı iddia edilən qızın məktəbli olduğu deyilir.
Hazırda faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.
Yasamal RPİ-nin 28-ci polis bölməsinin rəisi Hüseyn İmanov Milli.Az-a açıqlamasında bildirib ki, valideynin şikayəti əsasında araşdırmaya başlanıb. Qız ekspertizaya göndərilib. Ekspert rəyindən sonra qızın təcavüzə məruz qalıb-qalmaması bilinəcək. Bölmə rəisinin sözlərinə görə, ola bilsin, fakt təsdiqini tapsın.
H.İmanov qeyd etdi ki, əqli cəhətdən problemləri olan L.V. hadisədən bir gün əvvəl evdən gedib. Səhəri gün saat 10 radələrində anası onu 13 saylı avtobusda tapıb.
23 sentyabr 2012-ci ildən fəaliyyətə başlayan Medianews.az saytı yaranışının 10 illiyinə yeni dizayn və yeni funksionallıqla xidmətinizdədir. Ümid edirik ki, etdiyimiz yeniliklər izləyicilərimizin zövqünə uyğun olacaq.
Hər zaman sizinlə Medianews.az ailəsi.