Sazişin dəyəri 500 milyon dollardır.
Google korporasiyası adi istifadəçilərin də yararlandığı dünyada ilk peyk videomüşahidə sistemini – Skybox Imaging şirkətini alıb. Sazişin dəyəri 500 milyon dollardır.
Oxu.Az Rbc.az-a istinadən xəbər verir ki, Skybox Imaging dünyada baş verənləri gündəlik olaraq real zamanda izləmək üçün texnologiya yaratmağı qarşısına məqsəd qoyub.
Ətrafın ümumi görüntüsündən sonra peyklər spesifik – nəqliyyatın sürəti və yol trafikinin vəziyyəti barədə informasiya təqdim edə bilərlər. Buna görə də Skybox xüsusilə xilasedicilər, yanğınsöndürənlər və asayişi qoruyan mühafizə xidmətləri üçün faydalı olacaq. Bundan başqa, tikinti şirkətləri əlavə yoxlama və attestasiyalarsız tikinti meydançalarından xəbərdar olacaqlar.
Peyklərin kosmosa buraxılması bahalı və risklidir. Ona görə də qarşıda duran əsas məsələlərdən biri münasib qiymətlərə (lazım gələrsə yeni satellitləri orbitə çıxarmaq mümkün olsun) müasir (HD çəkiliş aparma qabiliyyətinə malik olan) peyk hazırlamaqdır.