Təqribən iki həftə öncə İraqın ikinci böyük şəhəri olan Mosulu ələ keçirən İraq Şam və İslam Dövləti ( İŞİD) yeni görüntülər yayıb. Daha öncə də ələ keçirdikləri İraq əsgər və polislərinin qətlə yetirilmə görüntülərini yayımlayan terrorçu təşkilat, bu dəfə İraqın qərbindəki Kaim şəhərində xidmət edən 9 nəfər sərhəd polisinin güllələnməsi görüntülərini yayıblar.
Musavat.com-un milliyet.tv-yə istinadən verdiyi xəbərə görə, görüntülərdə, İraqın Suriya ilə sərhəd bölgəsi Kaimdə polislərin əl və gözləri qapalı şəkildə yerə uzadılaraq işgəncə verildiyi, daha sonra güllələndikləri əks olunur.
Musavat.com