Pakistanın Peşavare şəhərində məşhur müğənni Gül Nazı güllələyiblər.
ANS PRESS-in məlumatına görə, pərəstişkarları tərəfindən daha çox Muskan kimi tanınan sənətçi iyunun 18-i naməlum şəxslər tərəfindən öldürülüb. İfaçının qohumları bildiriblər ki, tanımadıqları 4 şəxs qapını sındırıb vəhşicəsinə evə daxil olub və daha sonra isə Gül Naza 5 güllə açıblar. Daha sonra isə evi tərk ediblər. Müğənni yaxınları tərəfindən dərhal xəstəxanaya çatdırılsa da onun həyatını qurtarmaq mümkün olmayıb.
Yerli mediada qeyd olunur ki, bu onların ölkəsində baş verən ilk hadisə deyil. Cəmiyyətdə müğənnilərin əksəriyyətinin İslam ölkəsinə uyğun olmayan həyat tərzi sürdüklərini iddia edilir.
Məsələn, 2013-cü ildə 18 yaşlı aktrisa Buşrunun üzünə turşu töküblər, nəticədə qızın üzü tamamilə yanıb. Digər hadisə isə 24 yaşlı məşhur müğənni Qazala Cavedə qarşı olub O da 2012-ci ildə güllələyiblər.