Tanınmış telejurnalist Ağanisə Sultanovanı maşın vurub.
Milli.Az bildirir ki, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin əməkdaşı Ağanisə Sultanovanın yaxınlarının APA-ya verdiyi məlumata görə, jurnalist yolu keçərkən sürücüsü məlum olmayan “VAZ- 2106” markalı avtomobil tərəfindən vurulub.
Qəzanı törədən sürücü hadisə yerindən qaçıb.
A.Sultanova ağır bədən xəsarətləri ilə Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Telejurnalist reanimasiya şöbəsinə yerləşdirilib, müalicəsi davam etdirilir.