Ermənistan vətəndaşı Ambarsum Arutyunyan Türkiyədə qətlə yetirilib.
ANS PRESS-in məlumatına görə, Ermənistan vətəndaşı İstanbulda dənizin sahilində yerləşən Kumkapı məhləsində öldürülüb.
Verilən məlumata görə, Ermənistan vətəndaşı Ambarsum Arutyunyan 11 yaşlı oğlu Qarnik və bir neçə erməni ilə bərabər dəniz sahilində yerləşən Kumkapıda yerli sakinlərlə mübahisəyə edib. Mübahisə nəticəsində ata və oğul Arutyunyanlar bıçaq yarası alıblar. Həkimlər 36 yaşlı Ambarsum Arutyunyanın həyatını xilas edə bilməyib. Onun oğlu Qarnik və Martin adlı erməni hazırda xəstəxanada müalicələrini davam etdirir. Martin bildirib ki, onları iki nəfər vurub, daha sonra qaçaraq gizləniblər. Türk polisi hadisəylə bağlı araşdırmaya başlayıb.