Şəmkir rayonunda iki nəfər faciəvi şəkildə dünyalarını dəyişiblər.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, hadisə Şəmkir rayonunun Bayramlı kəndi ərazisində baş verib.
Kənd sakinləri Emin Kamilli və Rauf Bağırov suvarma üçün nəzərdə tutulan su hövzəsində çimərkən suda boğulublar.
Faktla bağlı araşdırma aparılır.