Ukraynanın Donetsk vilayətinin Kirov ərazisində şaxtada baş verən partlayış nəticəsində 9 nəfər həlak olub.
ANS PRESS-in məlumatına görə, mədənçilər uçqunların altında qalaraq faciəvi şəkildə həlak olublar.
Xilasedicilər artıq bütün həlak olmuş şaxtaçıların cəsədlərini aşkar edərək, onları yuxarı qaldırıblar. Şaxtada partlayış dünən gecə 300 metr dərinlikdə baş verib.
Şaxtada işlər dayandırılıb. Ölənlərin sayının artacağı istisna edilmir.
Fakla bağlı araşdırma aparılır.