Rusiya xüsusi xidmət orqanlarının istefada olan generalı Viktor Qudkov Moskvanın cənubundakı Lipetsk küçəsində özünü güllələyib.
Virtualaz.org saytı Rusiya KİV-lərinə istinadən xəbər verir ki, general ayağındakı güclü ağrılara görə intihar edib.
Moskva polisi generalın yaşadığı evdə onun cəsədinin aşkar edildiyini təsdiqləyb və əlavə şərh verməyib. Bildirilir ki, generalın intiharı barədə məlumatı polisə onun qızı verib.
68 yaşlı Viktor Qudkov Rusiya Baş Kəşfiyyat İdarəsinin (QRU) generalı olub və son vaxtlar ayağındakı güclü ağrılardan əziyyət çəkirmiş.
Belə ki, onun ayaqlarında tez-tez tromblar yaranıb, çürümə prosesi gedib.